27 Sentyabr Anım Günü ilə əlaqədar olaraq Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə tədbir keçirildi.
Tədbir məktəbin adını daşıyan I Qarabağ müharibəsində şəhid olan Zaur Məmmədovun büstü önündə keçirildi. İlk öncə vətən uğrunda uğrunda canlarını qurban vermiş oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Məktəbin direktoru Zemfira Məsiyeva çıxış edərək 27 sentyabr tarixinin ərazi bütövlüyümüzün tam bərpa olunmasının başlanğıc tarixi olduğunu bildirdi. Tariximizi dərindən öyrənməyi, Vətən uğrunda canlarını qurban etmiş şəhidlərimizi unutmamağı, dərslərini əla qiymətlərlə oxumağı, Vətənə layiqli övlad olmağı tapşırdı.
Şagidlər Vətənə, şəhidlərə həsr şeirlər səsləndirdilər. Vətən müharibəsi haqqında fikirlərini bildirdilər.