Yaş həddinə görə əmək müqavilələrinə xitam verilmiş müəllimlərə fəxri fərman və gül dəstələri təqdim olundu

13 sentyabr 2024-cü il tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə pedaqoji şura iclası keçirildi. İclasda yaş həddinə görə əmək müqavilələrinə xitam verilmiş Azərbaycan dili və ədəbiyyat müəllimi Afaq İmanverdiyevaya, Filurə Yusubovaya, Valentina Nəzərovaya məktəbin direktoru Zemfira Məsiyeva tərəfindən fəxri fərman və gül dəstələri təqdim olundu. Zemfira Məsiyeva onlara illər uzunu şagirdlərin təlim - tərbiyəsində göstərdikləri fədakarlığa, verdikləri əməklərinə görə təşəkkür etdi, onlara uzun ömür, can sağlığı arzuladı. Müəllimlər belə diqqət və qayğıya görə məktəbin direktoru Zemfira Məsiyeva öz təşəkkürlərini və minnətdarlıqlarını bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi