Qəhrəman şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş “TƏLİMDƏ TƏR, DÖYÜŞDƏ ZƏFƏR” adlı hərbi idman bayramı

Qəhrəman şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş “TƏLİMDƏ TƏR, DÖYÜŞDƏ ZƏFƏR” adlı hərbi idman bayramı

12 iyun 2024-cü il tarixdə Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə qəhrəman şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş “TƏLİMDƏ TƏR, DÖYÜŞDƏ ZƏFƏR” adlı hərbi idman bayramı təşkil olunub keçirilmişdir. Hərbi idman bayramında məktəb rəhbərliyi, hərbi rəhbər, idman müəllimləri və10-cu sinif şagirdlərindən təşkil olunmuş üç komanda iştirak edirdi.

Tədbir rəhbərliyin qarşılanması və dövlət himninin ifa olunması ilə başlandı. Ümummilli lider Heydər Əliyevin eləcə də, qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Məktəbin direktoru Zemfira Məsiyeva çıxış edərək şagirdlərə vətənpərvərlik mövzusunda tövsiyyələrini çatdırdı.

Daha sonra komandalar sıra hərəkətləri nümayış etdirdilər. Komanda üzvləri hərbi və idman normativlərini yerinə yetirdilər.Yarış gərgin mübarızə və yüksək əhval-ruhiyyə şəraitində keçdi. Tədbir məktəbin  atıcılıq sinfində pnevmatik tüfəngdən atış çalışmalarının yerinə yetirilməsi ilə başa çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi