“Hacı Zeynalabdin Tağıyevin ev muzeyi”nə ekskursiya
“Mədəniyyət və incəsənət Azərbaycan tarixi etnoqrafiyası” mövzusu ətrafında müxtəlif fəaliyyətlərin icra olunması məqsədi ilə 24 fevral 2017-ci il tarixində Z.Məmmədov adına 171 nömrəli tam orta məktəbin 3a və 3c sinif şagirdlərinin Hacı Zeynalabdin Tağıyevin ev muzeyinə və Azərbaycan Tarix muzeyinə ekskursiyası təşkil edilmişdir. Bu ekskursiyanın məqsədi “Azərbaycan tarixi və entoqrafiyası” çərçivəsində şagirdlərə milli mənəvi dəyərləri aşılamaq, tarixi abidələrimizi tanıtmaq, qədim Azərbaycan tarixi eksponatlarını şagirdlərə göstərmək və məlumat vermək olmuşdur.