Kitabxanaya ekskursiya

Bakı şəhəri, Xətai rayonu, Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəb kitabxanasına 24 may 2024 tarixində 3e sinfinin sinif rəhbəri Zülfiyyə İbrahimova və kitabxana müdiri Quliyeva Nəzirənin təşəbbüsü ilə 3e sinif şagirdlərinin iştirakı ilə kitabxanaya ekskursiya olundu.Şagirdlər kitab fonduna yeni daxil edilmiş bədii ədəbiyyat və uşaq ədəbiyyatı nümunələri ilə tanış olmuş, şifahi xalq ədəbiyyatının incilərindən sayılan nağılları mütaliə etmiş, öz maraq dairələrini əhatə edən kitabları oxumuş, kitabxana ilə tanış olmuşlar.Sinif rəhbəri onlara kitablar haqqında məlumat verib onlarla birlikdə kitab mütaliəsi etdi.Kitabxana müdirəsi kitabların onlara ən yaxşı dost və bələdçi olacağı fikirlərini aşıladı.Şagirdlər həmçinin, Heydər Əliyevə və Müstəqillik gününə həsr olunmuş kitablarla bağlı müzakirə etdilər.Uşaqlar əl işi rəsmlərlə tanış olub, asudə vaxtlarını səmərəli keçirdiklərindən məmnun oldular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi