Şokolad fabrikinə ekskursiya

14 fevral 2017-ci ildə Zaur Məmmədov adına 171 saylı tam orta məktəbin 4D sinif şagirdləri dövlət layihəsi çərçivəsində “Ulduz” şirniyyat fabrikinə ekskursiyaya dəvət olunmuşdular. Bizi gedəcəyimiz yerə sürətlə çatdıran komfortlu avtobusla təmin etmişdilər. Ekskursiyanın bələdçisi bizi qarşılayaraq xüsusi ayrılmış otağa apardı və burada bizə şokoladın istehsal olunması haqqında danışaraq, müəyyən prosesləri göstərdilər. Sonra biz məmulatların hazırlandığı sexə keçdik və burada gözlərimiz önündə fantastik aləm açıldı. Şokoladın və ədviyyatların ətri havada hakimlik edirdi. Həmin gün biz şokoladlı nuqa konfetinin hazırlanması ilə tanış olduq. Biz bütün prosesləri əvvəldən axıradək izlədik. Sexdə istədiyimiz qədər konfet yemək olardı. Vidalaşanda biz fotoşəkillər çəkdirdik və şirin hədiyyələr aldıq. Şokolad fabrikinə ekskursiya bizim çox xoşumuza gəldi, axı belə ekskursiya kimin xoşuna gəlməz...
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi