Çörək zavoduna ekskursiya

Zaur Məmmədov adına 171 saylı tam ortaməktəbin 4D sinfinin şagirdləri valideynləri ilə birlikdə istehsal prosesini daxildən görmək üçün 1 saylı “Gilan” çörək zavoduna getdilər. Bizi gülərüzlü texnoloq qarşıladı və sexə ekskursiyaya apardı. Əvvəlcə geyimlərimizi dəyişməyi təklif etdilər və bizə xalat, ayaqqabı, baxil verdilər. Burada gigiyena qaydalarına riayət olunması yüksək səviyyədə idi. Budur, biz artıq sexdəyik. Burada havaya qeyri-adi, ən dadlı ətir – çörək ətri yayılmışdı. Uşaqlara istehsal prosesi, məhsulların keyfiyyəti, burada işləyən professional insanlar və avadanlıq haqqında məlumatlar verildi. Ən axırda isə ən maraqlı hadisə oldu- hamıya yeni bişmiş  isti çörək və kökə payladılar. Bizə elə gəlirdi ki, bundan daha dadlı heç nə ola bilməz. Bu ona görə dadlı idi ki, biz özümüz istehsal prosesində iştirak etmişdik. Uşaqlar heyranlıq içində idilər. İndi onlar hər gün mağazadan çörək alanda əməyin dəyərini bilirlər. 
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi