"Xocalı yürüşü" ndə iştirak
XX əsrdə bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciənin 25-ci ildönümü ilə əlaqədar fevralın 26-da Bakıda ümumxalq yürüşü keçirildi. Yürüşdə Zaur Məmmədov adına 171 saylı tam orta məktəbin kollektivi iştirak etdi. Xətai rayonunda yerləşən Xocalı soqırımı qurbanlarının xatirəsinə ucaldılmış "Ana harayı" abidəsinə doğru keçirilən yürüşün məqsədi Xocalı soyqırımına bütün dünyanın diqqətini çəkmək idi. Zaur Məmmədov adına 171 saylı məktəbin kollektivi "Xocalı yürüşü" ndə iştirak etməklə xalqın dərdinə şərik olduğunu nümayiş etdirmiş olduğunu göstərdi. Məktəb kollektivi olaraq Xocalı soyqırımında, eyni zamanda torpaqlarımız uğurunda şəhid olan digər oğul və qızlarına Allahdan rəhmət diləyirik. Xatırladaq ki, 1992-ci ilin fevralın 25- dən 26- na keçən gecə erməni daşnakları keçmiş sovet ordusunun Xankəndində yerləşən 366 - cı alayın ağır hərbi texnikası və şəxsi heyətin köməkliyi ilə Xocalı şəhərinə hücum edib və dinc əhaliyə misli bərabəri görünməmiş amansız divan tutublar. Xocalı şəhərinə hücum zamanı 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb və insanı alçaldan müxtəlif işgəncələrə məruz qalıb, 197 nəfərin taleyi hələ də məlum deyil. Səkkiz ailə tamamilə məhv edilib. Həmin insanlar yalnız etnik mənsubiyyətlərinə - azərbaycanlı olduqlarına görə amansızcasına öldürülüb, işgəncələrə məruz qalıb və şikəst ediliblər.