Pedaqoji şura iclası keçirildi

27 may 2024-cü il tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə Pedaqoji Şura iclası keçirildi. İclası giriş sözü ilə açan məktəbin direktoru Zemfira Məsiyeva gündəlikdə duran məsələləri elan etdi. Məktəbə daxil olan rəsmi sənədlər barədə məlumat verdi.
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİNİN KOLLEGİYASININ 15 may 2024-cu il KQ – 07 nömrəli qərarı ilə “Təhsilverənlərin etik davranış Qaydaları”ı təsdiq edilmiş yeni qaydalar barədə məlumat verdi.
Təlim - tərbiyə işləri üzrə direktor müavini Sima Əhmədova V-XI siniflər haqqında hesabat verdi.
İbtidai siniflər üzrə hesabatı Nüşabə Bilalova təqdim etdi.
Bir sıra məsələr müzakirə olundu, qarşılıqlı fikir mübadiləsi olundu. Müəllimləri maraqlandıran suallara ətraflı cavablar verildi.
İclasının sonunda məktəbin direktoru Zemfira Məsiyeva müvafiq tapşırıq və tövsiyələrini verdi.