"Qələbədən qələbəyə" adlı tədbir keçirildi

28 May Müstəqillik Gününə həsr olunmuş "Qələbədən qələbəyə" adlı tədbir keçirildi.
Tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə nəzər salındı, bu haqqda ətraflı məlumat verildi.
"İstiqlal bənnaməsi"nin elan edilməsi proseslərini özündə əks etdirən tarixi səhnəcik nümayiş etdirildi. 1918-ci ildən bu günə kimi Azərbaycanın tarixinə nəzər salındı.
Müstəqil Azərbaycanın keçdiyi şərəfli yoluna həsr olunmuş müxtəlif tarixi hadisələri özündə əks etdirən müxtəlif səhnəciklər şagirdlər tərəfindən təqdim olundu.
Məktəbdə fəaliyyət göstərən "İncilər" adlı xor qrupu vətənpərvərlik mövzusunda müxtəlif mahnılar ifa etdilər.
Şagirdlərin vətənpərvəlik mövzusunda hazırladıqları fləşmob tədbir iştirakçıları tərəfindən maraqla və alqışlarla qarşılandı. Şagirdlər müxtəlif mahnılar ifa etdilər.
Tarixi hadisələri özündə əks etdirən müxtəlif videoçarxlar nümayiş etdirildi.
Tədbirin sonunda çıxış edən məktəbin direktoru Zemfira Məsiyeva tariximi dərindən öyrənməyi, Müstəqil Azərbaycanın daha da inkişaf etdirilməsi üçün dərslərini əla qiymətlərlə oxumağı və hər kəsin əlindən gələni etməyi tövsiyə etdi.
Sonda tədbir iştirakçıları xatirə şəkili çəkdirdilər.
#virtualməktəb
#fəalməktəb