IV və VI siniflərdə keçiriləcək monitorinqlə bağlı iclas keçirildi
18 may 2024-cü il tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə IV və VI siniflərdə keçiriləcək monitorinqlə bağlı sinif rəhbərləri ilə iclas keçirildi. İclasda təlim - tərbiyə işləri üzrə direktor müavini Sima Əhmədova müvafiq təlimatla sinif rəhbərlərini tanış etdi. Monitorinqin keçiriləcəyi gün bütün şagirdlərin iştirakının təmin olunması, təhlükəsiz şəraitdə təyin olunmuş mərkəzlərdə şagirdlərin olmasını, valideynlərin maarifləndirilməsi barədə məlumat verdi. Sinif rəhbərlərini maraqlandıran suallara ətraflı cavab verdi. İclasda tərbiyə işləri üzrə direktor müavini Kənan İsmayılov, psixoloq Günay Aslanova iştirak edirdi