3-cü siniflərdə monitorinq keçirilir
15 may 2024-cü il tarixdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ümumi təhsil müəssisələrinin III siniflərində monitorinq təşkil olunub. Monitorinq materialları şagirdlərə iki variantda təqdim olunub. Dinləmə mətnləri dinləmə qurğuları vasitəsi ilə hər sinifdə iki dəfə dinlədilib. Monitorinq ikinci dərs başlayıb və 90 dəqiqə davam edib. Məktəb rəhbərliyi və nəzarətçilər monitorinqin keçirilməsinə tam məsuliyyətlə yanaşıblar. Monitorinq 3 fənni əhatə edib.