"Şagirdlərdə sağlam həyat tərzinin formalaşdırılması yolları" mövzusunda maarifləndirici söhbət apardı

Bakı şəhəri Xətai rayonu Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin direktor müavini İsmayılov Kənan və Uşaq Birliyinin rəhbəri Məmmədova Səbinənin təşkilatçılığı ilə məktəbin Biologiya müəllimi Təranə Alışova, məktəbin həkimi Bayramova Gülnur, tibb bacısı Həsənova Nazilə 9C sinif şagirdləri üçün "Şagirdlərdə sağlam həyat tərzinin formalaşdırılması yolları" mövzusunda söhbət apardı. Məqsəd gənc nəslin sağlam həyat tərzi keçirməsi üçün onlara düzgün istiqamət vermək idi. Həkim və tibb bacısı da sağlam həyat tərzinin və şəxsi gigiyenanın vacibliyini bir daha izah etdilər.
#virtualməktəb
#fəalməktəb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi