“Türkmənçay müqaviləsi” mövzusunda “Açıq dərs” keçirildi

06.05.2024 tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin tarix müəllimi 8b sinfində “Türkmənçay müqaviləsi” mövzusunda “Açıq dərs” vermişdir. Dərs kurikulum təlim metodu əsasında interaktiv şəkildə keçmişdir. Dərsin başlanmasına keçməzdən öncə prosedur qaydalar icra edildi. Sinifdə 24 şagirddən 22 -si açıq dərsdə iştirak edirdi.  Daha sonra isə motivasiya sualları ilə müraciət edildi, hansı tarixçiləri və onların əsərlərini keçmişik? Cavablar gəlir İsgəndər bəy Münşi, Məhəmməd Tahir Vahid bəs xanlıqlar dövrü haqqında yazan hansı tarixçiləri tanıyırsız? Mirzə Adıgözəl bəy Qarabaği,Mirzə Camal Cavanşir Qarabağ xanları haqqında, Azərbaycan tarixinin xronoloji əsasda yazılmasında kimin rolu var idi? Cavab gəlir Hüseynov Heydər deyir- Abbasqulu ağa Bakıxanov Gülüstani İrəm əsəriylə. Bəs o hansı müqavilənin gedişatında tərcüməçi kimi iştirak edib? Elə istənilən cavaba bütün sinif Türkmənçay olaraq cavab verir. Daha sonra tədqiqat sualına keçid alınır. Türkmənçay müqaviləsi Azərbaycana və onu bağlayan işğalçı dövlətlərə nə verdi? Qrup işləri başlanır şagirdlər fikir mübadiləsinə keçirlər. Qeyd edək ki, müəllim şagirdlərə işçi vərəqləri, təqdimat kağızları və krossvord təşkil etmişdi. Vaxt bitdikdən sonra lövhədə qrup işləri müzakirə edildi. Glüstan, Kürəkçay, Türkmənçay adlı qrupların işlərinə birlikdə müzakirəsi baş tutdu. Məsələn Seyildi Ayşəgül Türkmənçay müqaviləsinin çar imperiyasının və ermənilərin mənafeyini güdən müqavilə olması fikrini irəli sürdü. Digər qrupdan Hüseynova Ülkər çıxış edərək Türkmənçay müqaviləsinin maddələri əsasında Çar Rusiyasının hansı imtiyazları əldə etdiyini qeyd etdi. Ümumiləşdirmə üçün müəllim bir neçə sualla şagirdlərə müraciət edib daha sonra rus tarixçilərindən və general Paskeviçdən nümunələr çəkərək yaradıcı iş üçün Marağa 150 abidəsinin şəklini göstərdi. Hüseynova Ülkər bu suala ətraflı cavab verdi. Daha sonra öncəki slaydla əlaqəsi soruşuldu. Erməni yalanları haqqında isə Hüseynzadə Çingiz , Ağayev Həsən məlumat verdilər. Dünya ictimaiyyəti eləcə də Azərbaycan hansı erməni yalanları ilə üz -üzədir adlı bir sərbəst tədqiqat işi də tapşırılır şagirdlərə. Daha sonra dərsin bütün mərhələlərinin refleksi üçün sualla müraciət edildi. Sizcə Türkmənçay müqaviləsi faciə yoxsa xilas yolu oldu Şimali Azərbaycan üçün. Fikirlərinizi əsaslandırın. İsmayılov Ömər məsələyə öz prizmasından baxaraq çıxış etdi- müəlliç, düşünürəm ki, Cənubi Azərbaycanda hazırkı İran höküməti qadın azadlıqlarının, Ana dilində olan müstəqil yazıb yaratmaq kimi haqların qarşısını yetəri qədər məhdudlaşdırıb. Ona görə də xilas yolu kimi baxıram demokratik ölkədə yaşamaq olduqca yaxşı bir hissdir. Ağayev Həsən isə bu məsələdə yenə öz prizmasından çıxış edərək – bu müqaviləyə həm faciə həm xilas yolu kimi baxmaq olar. Ən əsası da faciədir çünki, şimallı cənublu Azərbaycan xalqının pərən -pərən düşməsini , ərqzisinə ermənilərin köçürülməsini dəstəkləyən bir müqavilə oldu. Sonda isə Ərdoğanın ifasında Bəxtiyar Vahabzadənin şeirinə və Rəşid Behbudovun ifasında Ayrılıq mahnısına qulaq asdıq. Dərsdə iştirak edən məktəb rəhbərliyi Zemfira Məsiyeva, təlim tərbiyə işləri üzrə müdir müavini Sima Əhmədova, Sosial pedaqoq Sahibə Məmmədova öz fikirlərini və tövsiyələrini verdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi