İbtidai siniflərdə Xocalı soyqırımının yad edilməsi

Zaur Məmmədov adına 171 saylı tam orta məktəbdə 24 fevral 2017-ci il tarixində Məhəbbət Xudiyevanın sinif rəhbəri olduğu 2a sinfində və Rəmziyyə Həbilovanın sinif rəhbəri olduğu 2c sinfində Xocalı soyqırımın iyrimi beşinci il dönümünə həsr edilmiş tədbir keçirildi. Tədbir siniflərdə hazırlanmış Xocalı güşəsinin qarşısında keçirildi. Şagirdlər söylədikləri şeirləri, inşa yazıları ilə bu tarixi faciəni bir daha yad etdilər. Tədbirin təşkil edilməsində məqsəd Xocalı soyqırımı qurbanlarını yad etmək, böyüməkdə olan nəslə Azərbaycan tarixini çatdırmaq, şagirdlərdə Vətənə məhəbbət və vətənpərvərlik hissini aşılamaq olmuşdur. Tədbirin sonunda şagirdlərə Xocalı soyqırımı ilə bağlı video rolik nümayiş etdirilmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi