Valideyn iclası keçirildi
30 aprel 2024-cü il tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə 6ç sinif şagirdlərinin valideyn iclası keçirildi. İclasda məktəbin direktoru Zemfira Məsiyeva, Xətai rayon Polis İdarəsinin Yetkinlik Yaşına çatmayanlara iş şöbəsinin əməkdaşları, valideynlər, təlim - tərbiyə işləri üzrə direktor müavini Sima Əhmədova, Oksana Kelexsayeva, tərbiyə işləri üzrə direktor müavini Kənan İsmayılov, psixoloq Günay Aslanova, sosial pedaqoq Sahibə Məmmədova, sinif rəhbəri Rəna Əliyeva iştirak edirdilər.
İclasda şagirdlərin təhlükəsizliyi, dərslərə davamiyyətləri, nizam - intizamları olmaları, dərsin keyfiyyətinin artırılması mövzularında ətraflı müzakirələr aparıldı, qarşılıqlı fikir mübadiləsi olundu. Valideynləri maraqlandıran suallara ətraflı cavablar verildi.
Sonda Məktəbin direktoru Zemfira Məsiyeva müvafiq tövsiyələrini verdi.
#virtualməktəb
#fəalməktəb