“Göyçək Fatma nağılı” adlı tamaşa nümayiş etdirildi

26 aprel 2024-cü il tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 101-ci ildönümünə həsr olunmuş, siniflər üzrə həyata keçirilən “Pəncərəmə ay qonub” adlı layihə çərçivəsində “Göyçək Fatma nağılı” adlı tamaşa nümayiş etdirildi. 3b sinif şagirdlərinin təqdimatında nümayiş etdirilən tamaşa sinif rəhbəri Lamiyə Qasımovanın, 1c sinif rəhbəri Rəmziyə Həbilova, məktəb psixoloqları Günay Aslanova və Rüxsarə İmaməliyevanın, tərbiyə işləri üzrə direktor müavini Kənan İsmayılovun təşkilatçılığı və rəhbərlikləri ilə ərsəyə gəlmişdir. Şagirdlər  “Göyçək Fatma nağılı”nı yüksək səviyyədə səhnələşdirmişdilər. Səhnəciyin təqdimatı ilə yanaşı şagidlərin hazırladıqları rəqs nümunələri tamaşaçılar tərəfində alqışlarla qarşılandı.

Məktəbin direktoru Zemfira Məsiyeva çıxış edərək gül balalara tamaşanı yüksək səviyyədə təqdim etdikləri üçün təşəkkürünü bildirdi, tamaşanı hazırlayanlara minnətdarlığını bildirdi. Şagirdlərə dərslərini əla qiymətlərlə oxumağı tövsiyyə etdi.

 

#virtualməktəb

#fəalməktəb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi