Vətən uğrunda şəhid olmuş baş leytenant Sahib Daşdəmirovun adı sinif otağına verildi

26 aprel 2024-cü il tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə 8 c sinfinə 2023-cü ilin sentyabr ayında lokal xarekterli antiterror əməliyyatları zamanı Vətən uğrunda şəhid olmuş baş leytenant Sahib Daşdəmirovun adı verildi.

Keçirilən mərasimdə şəhidin ailə üzvləri, valideynləri, doğmaları, Xətai rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Məmmədov Anar Yaşar oğlu  iştirak edirdi.

Mərasim iştirakçıları ilk olaraq "Zəfər bulağı"nı ziyarət etdilər.

İştirakçılar sonra 8 c sinfində oldular. Sinifin qarşısında asılmış şəhidin şəkilini və adı yazılmış lövhə ilə tanış oldular. Sinifdə şəhid baş leytenant Sahib Daşdəmirovun həyatını özündə əks etdirən baner asılmışdır.

Tədbir ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himinin ifası ilə başladı.

Vətən uğurunda şəhid olmuş bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Məktəbin direktoru Zemfira Məsiyeva sinif haqqında məlumat verdi.
Sinif rəhbəri şagirlərin soyadını və adını səsləndirdi. Sonda şəhid baş leytenant Sahib Daşdəmirovun adını oxuyan zaman bütün şagirdlər "burda" deyərək cavablandırdlar.

Şagirdlər vətənpərvərliyə həsr olunmuş mahnı ifa etdilər.

Şəhid baş leytenant Sahib Daşdəmirovun həyatına, keçdiyi şərəfli döyüş yoluna həsr olunmuş və şagirdlərin vətənpərvərliyə aid çəkdikləri videoçarx nümayiş etdirildi.

Sonra soz şəhidin valideynlərinə və qohumlarına verildi.

Xətai rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Məmmədov Anar Yaşar oğlu çıxış edərək Vətənə layiqli övlad olmağı tövsiyə etdi.

Məktəbin direktoru Zemfira Məsiyeva çıxış edərək şagirdlərə dərslərini əla qiymətlərlə oxumağı, nizam – intizamlı olmalarını, vətənpərvər ruhda böyümələrini tapşırdı.

Şagirdlər dərslərini əla qiymətlərlə oxumağa, daha da nizam-intizamlı olmağa, şəhid baş leytenan Sahib Daşdəmirovun adına layiq olmağa söz verdilər.

Mərasimin sonunda şagirdlər “Şəhidlər ölməz, Vətən bölünməz!”, “Qarabağ Azərbaycandır!”, “Yaşasın Azərbaycan!”, “Yaşasın Müzəffər Ali Baş Komandan!” şüarlarını səsləndirdilər.

 

#virtualməktəb

#fəalməktəb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi