"Qəlb şairi" Məhəmməd Füzulinin həyatı, zəngin ədəbi irsi haqqında məlumat verdi

22.04.2024-cü il tarixində Xətai rayonu, Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin 9b sinfində məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi Afaq İmamverdiyevanın Azərbaycan şairi, unudulmaz sənətkar Məhəmməd Füzulinin 530 illik yubileyi ilə əlaqədar açıq dərsi keçirildi. A. İmamverdiyeva şagirdlərə lirik şeirin böyük ustadı, qəzəl şairi kimi tanınan "Qəlb şairi" Məhəmməd Füzulinin həyatı, zəngin ədəbi irsi haqqında məlumat verdi. Dahi sənətkarı şagirdlərə bilik və mərifətdə kamil, dərin mənalı, yeni məzmunlu fikir söyləməkdə misilsiz bir sənətkar kimi təqdim etdi. Dərs zamanı 9b sinif şagirdləri böyük ruh yüksəkliyi ilə şairimizin həyatı, ədəbi yaradıcılığı, qələmə aldığı əsərlərdən, poeziya dünyasından söhbət açdılar.

#virtualməktəb

#fəalməktəb

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi