M. Füzuli anadilli poeziyanın mükəmməl nümunələrini yaratmış, Azərbaycan bədii dilini daha da zənginləşdirərək yeni zirvəyə yüksəltmişdir

Ədəbiyyatımızda qüdrətli söz ustadı kimi tanınan Məhəmməd Füzuli Azərbaycan ədəbiyyatı və mədəniyyətinin iftixarıdır. O, xalqımızın bəşər mədəniyyəti xəzinəsinin misilsiz mənəvi sərvətlərindəndir.

M. Füzuli anadilli poeziyanın mükəmməl nümunələrini yaratmış, Azərbaycan bədii dilini daha da zənginləşdirərək yeni zirvəyə yüksəltmişdir.

2024-cü ildə qüdrətli söz ustadının anadan olmasının 530 illiyi tamam olur. Prezident İlham Əliyevin sərəncamının icrası ilə əlaqədar cari ilin aprel ayı ərzində “Məktəblərdə Məhəmməd Füzuli ayı” layihəsinə start verilib. Layihənin məqsədi məktəblilər arasında milli-mənəvi dəyərləri təbliğ etmək,dahi şairin zəngin ədəbi-bədii irsi ilə bağlı gənc nəsli maarifləndirmək,onların yaradıcılıq qabiliyyətlərinin inkişafı üçün şərait yaratmaq, eləcə də gənc istedadları üzə çıxarmaqdır.

Elə bu məqsədlə də Zaur Məmmədov adına 171 saylı tam orta məktəbdə 23.04.2024 -cü i tarixdə 8 a sinfində Azərbaycan dili və ədəbiyyatı fənnini tədris edən M.Nəsirovanın rəhbərliyi ilə şagirdlərin təqdimatı həyata keçirilib. Təqdimatda M.Füzulinin həyat və yaradıcılığı ilə bağlı məlumatlar səsləndirildi,şagirdlərin ifasında qəzəllər dinlənildi,dahi şairin portreti, hazırlanmış divar qəzetləri böyük marağa səbəb oldu. Sonda fənn müəllimi müzakirə apararaq məlumatları dəyərləndirdi və şagirdlərə uğurlar dilədi.

#virtualməktəb

#fəalməktəb

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi