"Xocalı - xalqımızım qan yaddaşı" mövzusunda tədbir keçirildi

Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin 08 fevral 2017-ci il tarixli 63 nömrəli əmri ilə təsdiq edilmiş, Bakı şəhərinin təhsil müəssisələrində Xocalı soyqırımının iyirimi beşinci il dönümünün qeyd edilməsi ilə əlaqədar tədbirlər planına uyğun olaraq 24 fevral 2017-ci il tarixində Zaur Məmmədov adına 171 saylı tam orta məktəbdə "Xocalı - xalqımızın qan yaddaşı" mövzusunda tədbir keçirildi. Tədbirin keçirilməsində məqsəd şagirdlərdə vətənpərvərlik hissi aşılamaq, tariximizi unutmamaq, baş verən qanlı hadisəni yaddaşlarda yaşatmaq olmuşdur. Tədbirdə şagirdlər Xocalı soyqırımına həsr edilmiş şeirlər söyləmiş, ədəbi- bədii kompazisiya nümayiş etdirmişlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi