“Mysterious web – Sirli şəbəkə” adlı maarifləndirici tədbir.

Uşaqların internet təhlükəsizliyinin təmin olunması üçün valideynlər qədər uşaqlar özləri də məsuliyyət daşıyır. Sürətli və sərhədsiz əlçatanlıq sayəsində həyatı əhəmiyyətli dərəcədə asanlaşdıran internet, uşaqlar üçün həm əyləncə, həm də tədris vasitəsidir.

Uşaqların internet təhlükəsizliyi mövzusunda həm valideynlər, həm də uşaqlar düzgün istiqamətləndirilməlidir. Lakin, xüsusilə qeyd etməliyik ki, bu sahədə ən böyük məsuliyyət valideynlərin, eyni zamanda internet xidməti provayderləri, təhsil və dövlət qurumlarının üzərinə düşür.

22 aprel 2024-cü il tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə  “Mysterious web – Sirli şəbəkə” adlı maarifləndirici tədbir keçirildi.

Tədbirdə Təlimə Dəstək Mərkəzinin müdir müavini Zaur Balaqadaşov, Təlimə Dəstək Mərkəzinin metodisti Aysel Novruzova,  Xətai rayon Polis İdarəsinin rəis köməkçisi, polis polkovnik – leytenantı İdris Məhərrəmov,  Respublika Narkoloji Mərkəzinin psixoloqu Ramin Allahverdiyev, UNEC Tədqiqat Mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsinin müdiri Rəna Hüseynova, Beynəlxalq Sülh Səfiri, valideyn Yasəmən Möhübbətqızı, jurnalist Aytən Sakitqızı, şagirdlər, müəllimlər və valideynlər iştirak edirdilər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himinin ifası ilə başladı. Tədbir işkitakçılarına mövzu ilə bağlı videoçarxlar nümayiş etdirildi. Şagirdlərin hazırladıqları səhnəciklər və musiqi nömrələri təqdim edildi. Tədbirin sonunda qonaqların çıxışları dinlənildi, şagirdlər və valideynləri maraqlandıran suallar ətraflı cavablandırıldı.

#virtualməktəb

#fəalməktəb

#İnsanHüquqlarıAylığı

#HumanRightsMonth

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi