"Yaşıl Dünya Naminə Həmrəylik ili" ilə bağlı təbiət qoynunda dərs keçirildi
19 Aprel 2024-cü il tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin 7 a sinif şagirdləri ilə birlikdə "Yaşıl Dünya Naminə Həmrəylik ili" ilə bağlı tədbir keçirildi. Tədbirdə biologiya müəllimi Təranə Alışova şagirdləri məktəbin həyətində əkilən ağacların onların həyatında rolu barədə məlumat verdi. O, qeyd etdi ki, yaşıl bitkilərin havanın təmiz olmasında rolu əvəzsizdir. Sizin hər biriniz evdə və sinif otağınızda yaşıllıqların artırılması və qorunması üçün çox böyük uğurlara imza atıb, əlinizdən gələni etməlisiniz. Bu da sizin mənəvi borclarınızdan biri olmalıdır. Sonra şagirdlərə yapon əzgili, albalı və qara qarağatın faydaları haqqında məlumat verdi.
Ümumilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Tərtər rayonundan gətirilərək məktəbin həyətində əkilmiş 100 ədəd Çinar ağacı haqqında məlumat verdi. İki il əvvəl məktəbin həyətində bitən xarıbülbül gülü də şagirdlərin marağına səbəb oldu.
Daha sonra məktəbin direktoru Zemfira Məsiyeva da şagirdlərə təbiətin, ekologiyanın qorunması haqqında öz tövsiyəsini verdi. Şagirdlər yaşıllıqların artırılması üçün tədbirlər görəcəklər.