Tarixi abidələrə ziyarət təşkil olundu

            BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar iqlim dəyişikliyinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 25 dekabr tarixli 4233 nömrəli Sərəncamı ilə Respublikamızda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmişdir.

Bununla əlaqədar, ictimaiyyətin diqqətini ətraf mühitin mühafizəsinə, tarix və mədəniyyət abidələrinin qorunması, habelə təbliği işinə yönəltmək üçün 18 Aprel – Beynəlxalq abidələr və Tarixi Yerlər Günündə ölkəmizin ərazisində 29 tarixi və mədəniyyət abidəsinə ziyarətlərin təşkili barədə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Azərbaycan Respublikasının Elm və Təhsil Naziri Cənab Emin Əmrullayevə ünvanladığı 3 aprel 2024-cü il tarixli 3-24/2-1219/01-04/2024 saylı məktubunun icrasını təmin etmək məqsədilə məktəbin bir qrup şagird və müəllimlərinin Mərdəkan qəsəbəsində yerləşən XIII – XIV əsrlərə aid olan Böyük Mərdəkan Qəsri və Tuba Şah Məscidi, Kiçik Mərdəkan Qəsri abidələrinə ziyarəti təşkil olundu.

Şagirdlər yola düşməmişdən əvvəl məktəbin giriş foyesində nümayiş etdirilən 1993-cü il apreil 18 -də Ermənistanın Kəlbəcər rayonunun işğalı zamanı Başlıbel kəndində törətdiyi qətliamın 31-ci ildönümünə həsr olunmuş videoçarxa baxdılar, tarix müəllimi Rüfanə Abdullayevanın faciə ilə bağlı verdiyi məlumatla tanış oldular.

Şagirdlər ziyarət zamanı bələdçilərin verdikləri məlumatları dinlədilər, onları maraqlandıran suallara ətraflı cavab aldılar. Tarixi abidələr haqqında topladıqları məlumatları sinif yoldaşları ilə paylaşacaqlarını bildirdilər.

#virtualməktəb

#fəalməktəb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi