"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində 5d sinif şagirdləri ağac əkdilər
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar iqlim dəyişikliyinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 25 dekabr tarixli 4233 nömrəli Sərəncamı ilə Respublikamızda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmişdir.
Sərəncamın icrası ilə əlaqədar olaraq Bakı şəhəri Xətai rayonu Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin 5D sinif şagirdləri "Yaşıl dünya naminə həmrəylik ili" adlı layihə çərçivəsində məktəbin həyətyanı ərazisində təmizlik işləri apardılar. Şagirdlər ağac əkdilər, ağac diblərini bellədilər, qurumuş ağac yarpaqlarını təmizlədilər. Ağacların gövdəsini əhənglədilər. İş prossesində sinif rəhbəri İradə İsmayılova şagirdlərə ətraf mühitin qorunması və "Yaşıl dünya naminə həmrəylik ili" haqqında məlumat verdi.
Məktəbin direktoru Zemfira Məsiyeva təbiətin qorunmasında, yaşıllığın artırılmasında daha fəal olmalarını şagirdlərə tövsiyə etdi.