Reproduktiv sağlamlıq və erkən nigah mövzusunda psixoloji, maarifləndirici söhbət aparıldı.
Bakı Şəhəri Xətai rayonu Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin 9-cu sinfində təhsil alan qız şagirdlər ilə reproduktiv sağlamlıq mövzusunda psixoloji, dəstəkləyici işlər görüldü. Onların cavablandırdıqları ifadələrə əsasən fikir mübadiləsi aparıldı, daha sonra isə şagirdlərin bir-birini necə tanımaları ilə bağlı psixoloji test keçirildi.
Şagirdlərlə yetkinlik mövzusunda söhbətlər aparıldı, yetkinliyin gətirdiyi hormonal dəyişiklikləri idarə etmə bacarıqları haqqında məlumat verildi.
Məktəbin direktoru Zemfira Məsiyeva şagirdlərə öz tövsiyələrini verdi.
Qohumlararası və erkən nikahların fəsadları haqqında danışıldıqdan sonra bu mövzuda hazırlanmış videoçarxlar təqdim olundu.