Şəhid ailəsi ziyarət olundu

Novruz bayramı ilə əlaqədar olaraq Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin bir qrup müəllimi 2023-cü il sentyabr ayında keçirilmiş lokal xarakterli antiterror əməliyyatı zamanı şəhid olmu baş leytenant Daşdəmirov Sahib Natiq oğlunun ailəsini ziyarət etdilər.

Sahib Natiq oğlu Daşdəmirov - 6 may 1995-ci ildə Bakı şəhəri, Nərimanov rayonunda anadan olub. Əslən qədim Borçalı mahalının (indiki Gürcüstan Respublikasının Bolnisi rayonunun) Saraçlı kəndindəndir.

2001-2009-cu illərdə Nərimanov rayonundakı Alı Mustafayev adına 202 nömrəli tam orta məktəbdə təhsil alıb. 2009-cu ildən təhsilini Cəmşid Naxçıvanski adına hərbi liseydə davam etdirib.

2012-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub və 2016-cı ildə ali hərbi təhsilini müvəffəqiyyətlə başa vurub. Təhsilini tamamladıqdan sonra Azərbaycan Silahlı Qüvvələrində xidmət edib, 23 iyun 2016-cı ildən 30 avqust 2017-ci ilədək Şəmkir korpusunda N saylı hərbi hissədə snayper taqım komandiri vəzifəsində çalışıb. 30 avqust 2017-ci ildə isə oradan könüllü olaraq Qazax rayonunda yerləşən N saylı hərbi hissəyə keçib və 25 may 2018-ci ilədək orada taqım komandiri vəzifəsini tutub, "baş leytenant" hərbi rütbəsinə yüksəlib. Həmin tarixdən etibarən 14 may 2020-ci ilədək isə Murovda (Toğanada) başqa bir hərbi hissədə taqım komandiri olub. 16 fevral 2023-cü ilədək Gədəbəy rayonu ərazisində yerləşən hərbi hissədə bölük komandiri vəzifəsində çalışıb.

2023-cü il fevralın 16-dan Şəhidlik zirvəsinə ucalanadək Xocavənd rayonu ərazisindəki hərbi hissədə taqım komandiri vəzifəsini tutub.

19 sentyabr 2023-cü ildə Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağda keçirilən və bir gün davam edən lokal xarakterli uğurlu antiterror tədbirləri zamanı gedən döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı olan Daşdəmirov Sahib Natiq oğlu da iştirak edib və sentyabrın 20-də Xocavənd rayonunun Veysəlli kəndində qəhrəmancasına Şəhidlik zirvəsinə yüksəlib.

Bakı şəhərində, II Şəhidlər Xiyabanında dəfn edilib.

Allah rəhmət eləsin!

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Sahib Natiq oğlu Daşdəmirov ölümündən sonra Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 07 noyabr 2023-cü il tarixli Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunub.

#virtualməktəb

#fəalməktəb

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi