Qonaqlar "Zəfər bulağı"nda oldular
Qeyri sağlam həyat tərzinin əsasını təşkil edən zərəli vərdişlər nəinki insanın özünə, onun ailəsinə, ətrafına, yaşadığı cəmiyyətə ciddi ziyan vurur. Zərərli vasitələrdən istifadə adətən yeniyetməlik dövründən başlayır. Bu vasitələrin yeniyetmələrin həyatına daxil olmaması üçün ailə və məktəb birgə işləməlidir. Şagirdləri zərəli vərdişlərin fəsadları barədə məlumatlandırmaq, onların cəmiyyətdə yaratdığı sosial bəlalar və insanların sağlamlığına vurduğu ziyanlarla bağlı məktəblilər arasında təbliğat aparmaq, onları belə neqativ əməllərdən çəkindirmək, şagirdlərin təhsilə, elmə olan marağını artırmaq, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 20 noyabr 2023-cü il tarixli 3-29-59/3-2-442F/2023 nömrəli əmrinin icrasını həyata keçirmək məqsədilə 15 mart 2024-cü i tarixində Xətai rayon Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə “Bizə qoşul! Narkomaniyaya, pis vərdişlərə, zorakılığı “YOX” de! “ adlı tədbir keçirildi. Tədbirin keçirilməsində məqsəd şagirdləri narkomaniya və psixotrop maddələrin yaratdığı problem və fəsadlar mövzusunda maarifləndirmək və onlar arasında sağlam həyat tərzini təbliğ etmək idi.
Tədbirdə Bakı şəhəri Xətai rayonu Polis İdarəsinin rəisi, polis polkovniki Vaqif Müslümov və Yeniyetmələrlə iş şöbəsinin əməkdaşları, Bakı şəhər Narkoloji Dispanserin həkim-norkoloqu Vəfa Əliyeva, Xətai RİH İSŞ əməkdaşı Lamiyə Hüseynova, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, ictimai xadim, Beynəlxalq Sülh səfiri Yasəmən Möhübbətqızı, Referans klinikasının psixoloqu Könül Telmanqızı, BMT-nın Uşaq Fondunun nümayəndəsi Elmir Valehli, valideynlər , şagirdlər və müəllimlər iştirak edirdi.
Tədbirdə çıxış edənlər dövrümüzün ağır bəlasına çevrilən narkomaniyanın zərərlərindən, insan sağlamlığı üçün təhlükələrdən, eləcə də narkotik vasitələrə yaranan asılılıqdan və ölkəmizdə narkomanlığa qarşı aparılan mübarizədən danışdılar, bu sahədə müsbət irəliləyişin əldə olunması üçün, tədris müəssisələrində, ictimai yerlərdə maarifləndirmə tədbirlərinin keçirilməsinin vacibliyi vurğulayıblar. Qeyd edilib ki, narkotik vasitələrdən istifadə edən hər bir şəxs uğurlu gələcəyindən imtina etməklə, cəmiyyətdə həmişə geridə qalır və aludəçiliyin, zərərli təsirlərin fəsadlarından qurtula bilmir.
Tədbirin sonunda şagirdlərin işirakı ilə gündəmdə olan mövzunu əks etdirən kiçik səhnəcik təqdim olundu.
Qonaqlar xüsusi hazırlanmış guşədə arzularını bildirdilər, Fəxri qonaqlar kitabına ürək sözlərini yazdılar.
Tədbirdən sonra iştirakçılar idman stationun açılışda iştirak etdilər.
Tədbir iştirakçıları sonda xatirə şəkili çəkdirdilər.