"Hardasan, dostum?" adlı layihəsinə həmkarlarımız dəstək oldu

Bakı şəhəri Xətai rayonu Zaur Məmədov adına 171 nömrəli tam orta məktəbdə "Hardasan, dostum?" adlı layihə təşkil olundu. Layihənin təşkilatçılığındakı əsas məqsəd Azərbaycan əsgərini və zabitlərini arzuladıqları "dostlar"ı ilə görüşdürməkdir. "O dost mənəm, sənsən, odur - hamımızıq!" şüarına səs verən  Bakı şəhəri Xətai rayonu 191 nömrəli tam orta məktəbin müəllim və şagird heyəti oldu. 191 nömrəli tam orta məktəb heyəti əsgər və zabitlərin asudə vaxtlarının gözəl dəyərləndirilməsi üçün onlara 53 ədəd kitab hədiyyə etdilər. 191 nömrəli tam orta məktəbdən gələn qonaqlar məktəb ilə tanış oldular, öz duyğularını bölüşdülər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi