"Milli nağıl müsabiqəsi"nin iştirakçıları mükafatlandırıldı

Xətai rayonundakı Zaur Məmmədov adına 171 saylı tam orta məktəbin 2-ci sinif şagirdləri 2016-cı ilin dekabr ayında "Tıq-tıq xanım" nağılının səhnələşdirilmiş formasında Xətai rayonu üzrə məktəblilər arasında keçirilən "Milli nağıl musabiqəsi"ndə iştirak etmişlər. Müsabiqənin keçirilməsində məqsəd məktəb şagirdlərində Azərbaycan xalq nağıllarına maraq yaratmaq, milli folklorumuzu şagirdlərə təbliğ etmək, həmçinin kiçik yaşlı uşaqlarda səhnə bacarıq və vərdişlərini aşılamaq olmuşdur. Məktəbin ibtidai sinif müəllimləri Məhəbbət Xudiyeva, Rəmziyyə Həbilova, Əntiqə Sultanovanın təşkilatçılığı ilə hazırlanmış səhnəcik Xətai rayonu məktəbləri arasında III yerə layiq görülmüş və şagirdlər Xətai rayonu Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla təltif olunmuşlar. https://bakimektebleri.edu.az/171/az/news/read/18053
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi