"Hardasan, dostum?" layihəsi çərçivəsində əsgərlərə təqdim etmək məqsədi ilə yığılmış kitablar "N" saylı hərbi hissəyə çatdırmaq üçün yola salındı
4 mart 2024-cü il tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə "Hardasan, dostum?" layihəsi çərçivəsində əsgərlərə təqdim etmək məqsədi ilə yığılmış kitablar "N" saylı hərbi hissəyə çatdırmaq üçün yola salındı. Təhvil verilən kitabların sayı 1100 ədəd idi. Yığılmış kitablar elmi və bədii üslubda idi. Kitabları qablaşdıran zaman şagirdlərin "Əsgərə məktub" layihəsi çərçivəsində Rəşadətli Azərbaycan əsgərinə yazdıqları məktublar da əlavə edildi. Kitab toplanması layihəsi davam edir. Həmkarlarımızdan kimlər istəsə bu layihəyə qoşula bilər.