“İdman sağlamlıqdır” mövzusunda dəyirimi masa təşkil olundu

Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə Elm və Təhsil nazirinin 28.02.2024-cü il tarixli 3-29/3-2-96F/2024 nömrəli əmri ilə 1-7 mart 2024-cü il tarixlərində ümumi təhsil müəssisələrində idman həftəsi keçirilir.

Şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliği, idman və bədən tərbiyəsinin inkişafı, bu sahədə kütləviliyin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyul tarixli, 2242 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 5.5.10-cu yarımbəndini rəhbər tutaraq 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar 1-7 mart 2024-cü il tarixində məktəbdə idman həftəsi ilə bağlı layihələr davam etdirilir.

Məktəbin fiziki tərbiyə müəllimlərinin, psixoloqun, tərbiyə işləri üzrə direktor müavini Kənan İsmayılovun iştirakı ilə 04 mart 2024-cü il tarixində “İdman sağlamlıqdır” mövzusunda dəyirimi masa təşkil olundu. Dəyirimi masada şagirdlərlə idmanın növləri, sağlamlığın qoruması, gigiyenik qaydalara əməl edilməsi, psixoloji cəhətdən idman yarışlarına hazırlıq həyəcanının azaldılması, qalib olmaq və məğlub olmaq kimi hislərə sahib olmaq bacarığının aşılanması mövzuları müzakirə olundu, qarşılıqlı fikir mübadiləsi edildi.

#virtualməktəb #fəalməktəb

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi