Xocalı soyqırımına həsr edilmiş divar qəzetlərindən ibarət guşə yaradıldı

Xətai rayonu Zaur Məmmədov adına 171 saylı tam orta məktəbdə Xocalı soyqırımının 25-ci ildönümünün qeyd edilməsi ilə əlaqədar " Xocalısız 25 il " mövzusunda divar qəzetlərindən ibarət guşə təşkil olunmuşdur. Guşənin təşkil olunmasında məqsəd şagirdlərdə vətənpərvərlik hissi aşılamaq, tariximizi unutmamaq, baş verən qanlı hadisələri öz fikirlərinə əsaslanaraq çəkdikləri rəsmlərdə canlandırmaq olmuşdur. Şagirdlər tərəfindən qəzetlərin hazırlanması davam edir.