7a sinif şagirdlərinin valideyn iclası keçirildi

28 fevral 2024-cü il tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə 7 a sinif şagirdlərinin valideyn iclası keçirildi. İclasda məktəbin direktoru Zemfira Məsiyeva, Xətai rayon  Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla iş şöbəsinin inspektorları, təlim – tərbiyə işləri üzrə direktor müavini Sima Əhmədova, tərbiyə işləri üzrə direktor müavini Kənan İsmayılov, psixoloq Günay Aslanova, sosial pedaqoq Sahibə Məmmədova, sinif rəhbəri Xatirə Mirzəyeva, 7a sinfinin ibtidai sinif müəllimi olmuş Nüşabə Bilalova və fənn müəllimləri iştirak edirdi.

İclasda şagirdlərin təhlükəsizliyi, dərsin keyfiyyətinin artırılması, nizam – intizamın möhkəmləndirilməsi, məktəbli geyim formaları, dərsə davamiyyətin 100% - ə çatdırılması, dərsə gecikmə hallarının tamamilə aradan qaldırılması və bir sıra məsələlər müzakirə olundu, təhlil edildi, qarşılıqlı fikir mübadiləsi olundu. Valideynləri maraqlandıran suallara məktəb rəhbərliyi və polis əməkdaşları tərəfindən ətraflı cavablar verildi.

İclasın sonunda məktəbin direktoru Zemfira Məsiyeva müvafiq tapşırıq və tövsiyyələrini verdi.

#virtualməktəb #fəalməktəb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi