"Xocalı - əsrin faciəsi" adlı tədbir keçirildi

 Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 20.02.2024-cü il tarixli 02 nömrəli əmri ilə təsdiqlənmiş Tədbirlər Planına uyğun olaraq , 26 fevral 2024-cü il tarixində Bakı şəhəri Xətai rayonu Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə Xocalı Soyqırımının 32 -ci ildönümünə həsr olunmuş “ Xocalı - əsrin faciəsi “ adlı tədbir keçirildi. Tədbirdə Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin təsisçisi Şamil Sabiroğlu, yazıçı- publisist, şair Sevinc Ağa Xəlilqızı, Xocalı faciəsinin  şahidi, Xocalı sakini Müşgünaz Əhmədova, Xocalı sakini, Xocalıda əsrlik həyatı yaşayan Valeh Hüseynov, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Beynəlxalq Sülh səfiri Yasəmən Möhübbətqızı, Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin üzvü, ictimai xadim Elnur Abbasov, Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin əməkdaşları Mövsümağa Abbasov, Aynurə Adıgözəlqızı, valideynlər, müəllimlər və şagirdlər iştirak edirdi.

Tədbirdə şagirdlər Xocalı soyqırımı haqqında məlumat verdilər, şeirlər səsləndirildi, soyqırıma həsr olunmuş video çarxlar nümayiş etdirildi. Şagirdlərin hazırladıqları səhnəciklərə göz yaşı ilə tamaşa edən tədbirin qonaqları sonda məktəb rəhbərliyinə, kollektivinə,  şagirdlərə təşəkkürlərini bildirdilər. Tədbirin sonunda qonaqlar məktəbin həyətində xüsusi ayrılmış sahədə  badam ağacları əkdilər, xatirə şəkli çəkdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi