“İgid əsgər" adlı  tədbir keçirildi

23 fevral 2024-cü il tarixdə Xətai rayonu Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə Azərbaycanın tanınmış hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının ifaçısı, "Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyinin sədri Şəmistan Əlizamanlıya həsr olunmuş “ İgid əsgər “ adlı  tədbir keçirildi.

Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin  Təlimə Dəstək Mərkəzinin əməkdaşı Roza Rüstəmli, Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov, Xətai Rayon Polis İdarəsinin əməkdaşı Umud Umudov, I Qarabağ müharibəsinin iştirakçısı ehtiyyatda olan polis zabiti İsmayıl Həkimli, Veteran Tankçılar İctimai birliyin sədr müavini Arif Nağıyev, Azərbaycan Jurnalistlər Birliyin üzvü, Beynəlxalq Sülh səfiri Yasəmən Möhübbətqızı, General Polad Həşimov adına qızıl medala layqiq görülmüş vətənpərvər bəstəkar Sevinc Tofiq qızı, qazilər Ədalət Məmmədov, Azad İsmayılov, Ceyhun Qafarov, Barat Qurbanov, məktəbin adını daşıyan şəhid məzun Zaur Məmmədovun bacıları Venera Məmmədova və Nisə Məmmədova, polis polkovniki Tural Novruzov iştirak edirdilər.

Tədbirdən öncə qonaqlar məktəbin şəhid məzunu Zaur Məmmədovun büstü önünə, şəhid məzunlar Akif Məmmədovun və İlham Məmmədovun abidəsi önünə qərənfillər düzərək xatirəsini yad etdilər.  Dövlət himninin səslənməsi ilə başlayan tədbirdə şagirdlər Şəmistan Əlizamanlanın yaradıcılığından məlumat verdilər, döyüş yolundan bəhs edən səhnəcik göstərdilər. Şagirdlərin ifasında bir neçə mahnı səsləndirildi. Tədbirin sonunda Şəmistan Əlizamanlı şagirdlərin suallarını cavblandırdı, çıxış edən qonaqlar şagirdlərin vətənpərvər ruhda boyüməsində əməyi keçən hər bir kəsə, məktəb direktoru Zemfira Məsiyevaya, məktəbin müəllim kollektivinə təşəkkürlərini bildirdilər.Qonaqlar məktəbdə həyata keçirilən “Hardasan dostum?” layihəsi ilə tanış olduqdan sonra, layihə üçün təqdim olunan kitablarda əsgərlərə ünvanladıqları arzuları qeyd etdilər, xatirə şəkli çəkdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi