Təlimə Dəstək Mərkəzinin metodistləri Xətai rayonu 171 nömrəli tam orta məktəbdə dərsləri müşahidə etmişlər
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələri üçün dərs müşahidələrinə start verildi.
15 fevral 2024-cü il tarixdə Təlimə Dəstək Mərkəzinin metodistləri Xətai rayonu 171 nömrəli tam orta məktəbdə dərsləri müşahidə etmişlər.
Dərs müşahidələrinin məqsədi öyrətmə və öyrənmə prossesini, dərslərdə müəllim – şagird münasibətlərini, sağlam – psixoloji mühiti izləməkdir.
Qeyd edək ki, proses 2023-2024-cü tədris ili ərzində digər məktəblərdə də davam etdiriləcək.