Pedaqoji şuranın iclası keçirildi

18 fevral 2017 ci il tarixində Zaur Məmmədov adına 171 №-li tam orta məktəbdə pedaqoji şuranın növbəti iclası keçirildi. Pedaqoji şuranı giriş sözü ilə açan məktəbin direktor əvəzi, təlim - tərbiyə işləri üzrə direktor müavini Nüşabə Eminova, yanvar ayının 27 də rəhmətə getmiş məktəbin direktoru Telman Qardaşovun xatirəsini yad etmək üçün bir dəqiqəlik sükut elan etdi. Sonra gündəlikdə duran məsələri elan etdi. Nüşabə Eminova 2016-2017-ci tədris ilinin I yarım ilində görülmüş işlər, keçirilmiş böyük summativ qiymətləndirmələr haqqında və I yarım ilin sonunda siniflər üzrə müvəffəqiyyət faizini açıqladı. İbtidai siniflər üzrə direktor müavini Sevil Abdurəhmanova 2016-2017-ci tədris ilinin I yarım ilində ibtidai siniflərdə görülmüş işlər, keçirilmiş tədbirlər haqqında,keçirilimiş böyük summativ qiymətləndirmələr və ibtidai siniflər üzrə I yarım ilinin sonuna olan siniflər üzrə müvəffəqiyyət faizi haqqında ətraflı məlumat verdi. Təşkilatı işlər üzrə direktor müavini Sima Əhmədova 2016-2017-ci tədris ilinin I yarım ilində görülmiş işlər, keçirilmiş tədbirlər haqqında ətraflı hesabat verdi. Təsərrüfa işləri üzrə direktor müavini Anar Aslanov 2016-2017-ci tədris ilinin I yarım ilində görülmüş işlər haqqında hesabat verdi. Məktəbin Həmkarlar komitəsinin sədri Südabə Səmədova həmkarlar komitəsinin 2016-2017-ci tədris ilinin I yarım ilində görülmüş işlər haqqında hesabat verdi. Məktəbin direktor əvəzi, məktəbin təlim - tərbiyə işləri üzrə direktor müavini Nüşabə Eminova cari məsələlər haqqında, 2016-2017-ci tədris ilində qarşıda duran vəzifələr haqqında məlumat verərək müvafiq tapşırıq və tövsiyyələrini verdi. Pedaqoji şuranın iclasında müəllimlər tərəfindən qaldırılan məsələlər barədə müzakirələr aparıldı, fikir mübadiləsi edildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi