Kitabxanada Xocalı soyqırımına həsr olunmuş sərgi təşkil edildi

Azərbaycan Respublikası Təhsil Nazirinin "Xocalı soyqırımının iyrimi beşinci il dönümünün keçirilməsi barədə" 02.02.2017-ci il tarixili 71 nömrəli əmrin icrasını təmin etmək məqsədilə Zaur Məmmədov adına 171 saylı tam orta məktəbin kitabxanasında "Xocalısız 25 il" mövzusunda foto şəkillərdən, rəsmlərdən, bədii əsərlərdən, rəsmi sənədlərin surətindən ibarət sərgi təşkil edildi. Sərginin təşkilində əsas məqsəd Xocalı soyqırımı haqqında əldə olunmuş məlumatların, faktların şagirdlərə, müəllimlərə, valideynlərə, kitabxanının oxucularına ətraflı çatdırmaq olmuşdur. Eyni zamanda şagirdlərdə vətənpərvərlik hissinin daha dərindən aşılamaq olmuşdur. Bu sərgi şagirdlər tərəfindən maraqla qarşılandı. Oradakı materiallar şagirdlərə faciə haqqında daha ətraflı məlumat əldə etməyə imkan verdi.