Böyük summativ qiymətləndirmələr yoxlanılır
Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə 9 və 11 -ci siniflərdə keçirilmiş böyük summativ qiymətləndirmə tapşırıqları yaradılmış xüsusi komissiya tərəfindən yoxlanılır. Nəticələr qısa müddət ərzində yoxlanılaraq şagirdlərə, müəllimlərə, sinif rəhbərlərinə bildiriləcək. Fənn metodbirləşmə iclasında və I yarım il üzrə keçiriləcək məktəb Pedaqoji Şura İclasında təhlil ediləcək müzakirə olunacaq və müvafiq qərarlar qəbul ediləcək.