"Qərənfildən Xarıbülbülə gedən yol" adlı tədbir keçirildi

19 yanvar 2024-cü il tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə 20 Yanvar faciəsinin 34-cü ildönümü münasibətilə "Qərənfildən Xarıbülbülə gedən yol" adlı tədbir keçirildi. Tədbir ilk olaraq Vətənin müstəqilliyi və azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

20 Yanvar faicəsini özündə əks etdirən videçarx nümayiş etdirildi. Şagirdlər 20 Yanvar faciəsi haqqında ətraflı məlumatlar verdilər, 20 Yanvar faciəsinə həsr olunmuş şeirlər söylədilər. Yuxarı sinif şagirdlərinin faciə ilə bağlı hazırladıqları səhnəcik tədbir iştirakçıları tərfindən maraqla qarşılandı. Vətən müharibəsi haqqında videoçarx izlənildi. Azərbaycan Respublikasının Dövlət Himni tədbir iştirakçıları tərəfindən ifa olundu.

Məktəbin direktoru Zemfira Məsiyeva çıxış edərək Azərbaycan xalqının başına gətirilmiş faciələrini, o cümlədən 20 Yanvar faciəsini unutmamağı və tariximizi müəkəmməl öyrənməyi tövsiyyə etdi. Tədbirdə şagirdlər, müəllimlər iştirak edirdi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi