Böyük Summativ Qiymətləndirilmənin keçirilməsinə başlanıldı

15 yanvar 2024-cü il tarixində Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbdə Böyük Summativ Qiymətləndirilmənin keçirilməsinə başlanıldı. İlk olaraq 9 və 11-ci siniflərdə müxtəlif fənnlərdən keçirildi.

BSQ-nin tapşırıqları müvafiq siniflərin I yarımil tədris materialları əsasında, yaradılmış xüsusi komissiya tərəfindən tərtib edilmiş və fənn metodbirləşmə iclaslarında müzakirə edilərək təsdiq edilmişdir. Hər fənn üzrə tapşırıqlar açıq və qapalı tapşırıq olmaqla 15 sualdan və 4 variantdan ibarətdir.

BSQ-nin nəticələri qısa müddət ərzində yoxlanılacaq, şagirdlərə və fənn müəllimlərinə məlumat veriləcək. I yarımil üzrə qiymətləndirmədə təlimata uyğun nəzərə alınacaq.

Nəticələr fənn metodbirləşmə iclaslarında və I yarımilin yekunu olaraq keçirilən Pedaqoji Şura İclasında müzakirə ediləcək, təhlil ediləcək, müvafiq qərarlar qəbul ediləcək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi