2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar olaraq ağacəkmə aksiyası keçirildi

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 dekabr 2023-cü il sərəncamına əsasən Azərbaycan Respublikasında 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmişdir.

Sərəncamın icrasının təmin edilməsi məqsədilə 07 yanvar 2024-cü il tarixində Bakı şəhəri Xətai rayonu Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin direktoru Zemfira Məsiyevanın təşəbbüsü və Xətai rayon İcra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah Əbülfəz oğlu İmanovun, valideyn Yasəmən Möhübbət qızı Əsgərovanın, məktəb kollektivinin, şagirdlərin iştirakı ilə ağacəkmə aksiyası təşkil edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi