Bayramlarınız mübarək əziz soydaşlarımız!
Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin rəhbərliyi və kollektivi adından 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni – 2024-cü ilin gəlişi münasibəti ilə bütün dünyada yaşayan soydaşlarımızı təbrik edir, onlara möhkəm can sağlığı işlərində uğurlar arzulayırıq. Süfrəniz daim ruzi bərəkətli olsun. Üzünüzdən sevinc əskik olmasın. Səadət dolu, xoşbəxt dolu günlər nəsibiniz olsun. Bayramınız mübarək olsun.
Yeni ildə Müstəqil Azərbaycanın daha da çiçəklənməsi və inkişaf etməsi üçün hər kəs daha da səylə çalışmalıdır. Müstəqil Azərbaycan uğrunda həmrəy olaq, bir olaq, bir yumruq olaq.
Bayramlarınız mübarək əziz soydaşlarımız!