"Zərərli vərdişlərə qarşı" başlığı altında söhbət aparıldı
14 fevral 2017-ci il tarixdə Zaur Məmmədov adına 171 saylı tam orta məktəbin 7-ci sinif şagirdləri ilə "Zərərli vərdişlərə qarşı" başlığı altında söhbət aparıldı. Şagirdlərə siqaret və zərərləri, xarakter zəifliyi, insan iradəsi və siqaret çəkən insanların ətrafdakılara zərərləri haqqında məlumat verildi. Şagirdlərimiz də öz fikirlərini - bu zərərli vərdişlərin insan həyatı ilə necə oynadığını qeyd etdilər. Ailədə böyüklərin siqaret çəkmələrinin uşaq tərbiyəsinə əks təsir göstərsiyini də vurğuladılar.