Yekun qiymətləndirmə ilə bağlı pedaqoji kollektiv və valideynlərlə ilə iclas keçirilmişdir
Xətai rayonu Z. Məmmədov adına 171 saylı tam orta məktəbin rəhbərliyi Azərbaycan Respublikası Təhsil Nazirliyinin 06 fevral 2017 –ci il tarixli 53 nömrəli əmrinin və “Azərbaycan Respublikası Nazirlər Kabinetibnin 2016-cı il 12 dekabr tarixli 498 nömrəli qərarının icrasını təmin etmək məqsədilə, “Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması qaydaları” ilə bağlı məktəbdə pedoqoji kollektiv və buraxılış sinif şagirdlərinin valideynləri ilə iclas keçirilmiş və qaydaların ümumi müddəaları ilə məlumatlandırılmışlar. Bu qərarla bağlı müəllim və valideynlərin verdiyi bütün suallar müdiriyyət tərəfindən geniş şəkildə ətraflı cavablandırılmışdır.