"Heydər Əliyev - Xalqımın xilaskarı" adlı "Açıq dərs" keçirildi
Bu gün Xətai rayonu Zaur Məmmədov adına 171 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Əliyeva Alidə tədris etdiyi 5a sinfində “Heydər Əliyev-xalqımın xilaskarı” mövzusunda "Açıq dərs" keçirdi.
Fənn müəllimi A.Əliyeva Ulu Öndərimizin - Azərbaycan xalqının qəlbində əbədiləşən dahi şəxsiyyətin ömür yolundan danışdı. Qeyd etdi ki, ömrünü xalqına həsr edən, milləti, dövləti üçün misilsiz xidmət göstərən bir rəhbər heç zaman unudulmamalıdır. Bu böyük şəxsiyyət müstəqil Azərbaycanımızın memarıdır, qurucusudur.
Azərbaycanı bir dövlət kimi zamanın ən ağır və sərt sınaqlarından çıxarmış, ölkəmizin gələcək inkişaf strategiyasını müəyyən etmiş və həyata keçirilməsi üçün mühüm addımlar atmışdır.
Mövzu ilə bağlı şagirdlər şeirlər söylədilər. Ulu Öndərimizin böyük və mənalı həyat yolundan danışdılar, təqdimatlar və videoçarxlar hazırladılar, maraqlı səhnəcik təqdim etdilər.
"Açıq dərs"də məktəb direktoru Z. Məsiyeva, dərs hissə müdirləri S.Əhmədova, K.İsmayılov və başqa müəllimlər iştirak etdilər.