Şagirdlərlə gələcəklərini sağlam qurmaq, düzgün psixologiya ilə böyümək, empatiya duyğusu, anlayışlı olmaq mövzusunda müzakirələr edildi

Bakı şəhəri Xətai rayonu Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin 8d sinfində təhsil alan oğlan şagirdlərlə “Reproduktiv sağlamlıq” mövzusunda psixoprofilaktik söhbətlər aparıldı. Şagirdlərlə gələcəklərini sağlam qurmaq, düzgün psixologiya ilə böyümək, empatiya duyğusu, anlayışlı olmaq mövzusunda müzakirələr edildi. Məktəbin direktoru Zemfira Məsiyeva şagirdlərin fərdi fikirlərini dinlədi və münasibətini bildirdi. Tədbirdə təlim – tərbiyə işləri üzrə direrektor müavini Sima Əhmədova, məktəbin psixoloqu Günay Aslanova, sosial pedaqoq Sahibə Məmmədova və sinif rəhbəri Ayşə Məmmədzadə iştirak edirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi