“Reproduktiv sağlamlıq” mövzusunda psixoloji, dəstəkləyici işlər görüldü
Bakı şəhəri Xətai rayonu Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin 8-ci sinfində təhsil alan qız şagirdlər ilə “Reproduktiv sağlamlıq” mövzusunda psixoloji, dəstəkləyici işlər görüldü. Şagirdlərdən mən kiməm sualına cavb tapmaları xahiş olundu. Onların cavablandırdıqları ifadələrə əsasən fikir mübadilələri aparıldı, daha sonra isə şagirdlərin bir-birini necə tanımaları ilə bağlı psixoloji test keçirildi. Onların yazacaqları cavabların qarşı tərəfin özünə olan inamını, güvənini necə dəsgtəkləyəcəyi və ya öz qüsurlarını görmələrinə kömək ola biləcəyi ilə bağlı məlumat verildi.