"Azərbaycan tarixi və etnoqrafiyası" aylığı ilə bağlı açıq dərs keçirildi
2016/2017-ci tədris ilinin fevral ayı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan bütün ümumtəhsil məktəblərində “Mədəniyyət və incəsənət. Azərbaycan tarixi və etnoqrafiyası” mövzusu ətrafında araşdırma, fəaliyyət və müxtəlif məzmunlu tədbirlərin həyata keçirilməsi məqsədilə 10 fevral 2017-ci il tarixində Zaur Məmmədov adına 171 saylı tam orta məktəbin 9a sinfində “ Azərbaycan Xalq Cümhuriyyətinin yaranması.Sosial-iqtisadi,siyasi və mədəni quruculuq sahəsində gördüyü işlər. “ mövzusunda açıq dərs keçirilmişdir. Açıq dərsin keçirilməsində məqsəd şagirdlərə tariximizlə bağlı, Azərbaycanın mədəniyyəti haqqına geniş məlumat vermək, onların bilik əhatəsini genişləndirmək olmuşdur. Məktəbin tarix müəllimi Ulvi Quliyev şagirdlərə mövzuyla bağlı məlumat vermiş, onların mövzu ilə bağlı suallarına cavab vermişdir. Dərsin sonunda müəllim tərəfindən hazırlanmış videoçarx nümayış etdirilmişdir.